7 may 2026. Cümə axşamı

Nazarovun komandası yenə məğlub oldu


Nazarovun komandası yenə məğlub oldu
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Hannover”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib– 1:3. Bu, sözügedən komandanın ardıcıl 4-cü məğlubiyyətidir.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, 45+2-ci dəqiqədə meydana buraxılıb.
 
29 oyuna 19 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”