6 dekabr 2025. Şənbə

Bavariya'ya bir qol bəs etdi


Bavariya'ya bir qol bəs etdi
Futbol üzrə Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.
 
“Volfsburq” doğma meydanda “Arminiya”nı qəbul edib və  4 cavabsız qolla qalib gəlib. “Herta” isə evdə “Union Berlin”lə görüşdə darmadağınla üzləşib.
 
Səfərdə “Qroyter”in qonağı olan Mönxenqladbax “Borussiya”sı inamlı qələbə qazanıb.
 
Beş qolun qeydə alındığı “Köln” – “Maynts” matçında meydan sahibləri qələbə qazanıb. 
 
Lider “Bavariya” isə doğma meydanda “Auqsburq”u qəbul edib. Münhen təmsilçisi bu görüşdə minimal hesabla qalib gəlib.
 
Almaniya Bundesliqası
29-cu tur
 
8 aprel
 
Ştutqart – Borussiya (Dortmund) 0:2
Qol: Brandt, 12; 71.
 
9 aprel
 
Bavariya – Auqsburq 1:0
Qol: Levandovski, 82-pen.
 
Volfsburq – Arminiya 4:0
Qol: Nmeça, 11; 38. Arnold, 48. Kruse, 53.
 
Qroyter – Borussiya (Mönxenqladbax) 0:2
Qol: Turam, 18. Plea, 24-pen.
 
Köln – Maynts 3:2
Qol: Skhiri, 60. Lyubiçiç, 78. Kilian, 82 – Burkardt, 14. Onisivo, 55.
 
Herta – Union Berlin 1:4
Qol: Baumqartl, 49-öz qapısına – Haraquçi, 31. Promel, 53. Bekker, 74. Miçel, 85.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə