21 mart 2026. Şənbə

Aşağı liqaya düşməyə layiqik - Nazarov


Aşağı liqaya düşməyə layiqik - Nazarov

"Bu mövsüm evdə çox xal qazana bilmədik. Ona görə hamımız güzgüyə baxmalı və deməliyik: Biz aşağı liqaya düşməyə layiqik".

Corner.az xəbər verir ki, bunu Almaniyanın "Ersgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Hannover”ə 1:3 hesabı ilə uduzduqları II Bundesliqanın XXIX tur oyunundan sonra "Tag24"ə açıqlamasında deyib.

32 yaşlı hücumçu azarkeşlərin etimadını doğrulda bilmədikləri üçün məyus olduqlarını söyləyib: "Hər zaman bizə inanan fanatlara görə məyusam. Bu, çox ağırdır".

Qeyd edək ki, "Ersgebirge" 29 oyundan sonra 19 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Komanda sona 5 tur qalmış 16-cı sıradakı "Zandhauzen"dən 15 xal, hazırda 16-cı olan və pley-offda iştiraka ən real namizəd olan "Dinamo" (Drezdən) klubundan 9 xal geridədir.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə