6 dekabr 2025. Şənbə

Dadaşovsuz Şalke evdə uduzdu


Dadaşovsuz Şalke evdə uduzdu
Almaniyanın Qərb Regional Liqasında 33-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Proyssen Münster”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Şalke 2” bu nəticədən sonra 35 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə