2 avqust 2026. Bazar günü

Nazarovun komandasından inamlı qələbə


Nazarovun komandasından inamlı qələbə
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Haydenhaym”ın qonağı olub. Futbolçumuzun komandası bu oyunda inamlı qələbə qazanıb - 2:0.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
30 oyuna 22 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi