21 aprel 2026. Çərşənbə axşamı

Hələ də təzyiq altında çıxış edirik - Nazarov


Hələ də təzyiq altında çıxış edirik - Nazarov
Azərbaycan millisinin və Almaniyanın “Ersgebirge” klubunun futbolçusu Dmitri Nazarov səfərdə “Haydenhaym”a 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 2-ci Bundesliqanın 30-cu turu çərçivəsində baş tutan matçdan sonra bunları söyləyib:
 
“Qalan oyunlara da bu cür yanaşsaq, liqada qalmaq şansımız arta bilər. Cəsarətli oyun bizə vacib xallar qazandırdı. Bu amil bizi fərqləndirdi. Özümüzlə fəxr edirik. Heç kim turnir cədvəlinə baxmasın, biz qalib gəlməyə çalışırıq. Aşağı sıralarda olmağımıza baxmayaraq hələ də təzyiq altında çıxış edirik. Çoxları düşünə bilər ki, biz sərbəst oynayırıq. Amma belə deyil. Öz simamımızı qorumağa çalışırıq. Mənim üçün ən həlledici məqam budur. Bu qələbə bizim üçün çox yaxşı oldu”.
 
“Ersgebirge” hazırda 22 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Luis Dias unikal rekorda imza atdı
  • Almaniya B.L.
  • 22:45 20.04.2026
Luis Dias unikal rekorda imza atdı
“Borussiya” evdə xal itirdi
  • Almaniya B.L.
  • 23:42 19.04.2026
“Borussiya” evdə xal itirdi
“Frayburq”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:14 19.04.2026
“Frayburq”dan inamlı qələbə
 “Verder”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 21:13 18.04.2026
“Verder”dən inamlı qələbə