Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Hamburq” doğma meydanda “Frayburq"u qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qonaqlar qələbə qazanaraq ilk finalçı olub.
Digər finalçının adına sabah keçiriləcək “Leypsiq” – “Union Berlin” matçında aydınlıq gələcək.
Almaniya kuboku
Yarımfinal
19 aprel
Hamburq – Frayburq 1:3
Qol: Qlatsel, 88 – Petersen, 11. Hofler, 17. Qrifo, 35-pen.