12 may 2026. Çərşənbə axşamı

Frayburq'un finaldakı rəqibi bəlli oldu


Frayburq'un finaldakı rəqibi bəlli oldu
Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə “Leypsiq” doğma meydanda “Union Berlin”i qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıb.
 
Ötən gün “Frayburq” da “Hamburq”a səfərdə qalib gəlməklə ilk finalçı olmuşdu. Beləliklə, mayın 21-də baş tutacaq final görüşündə “Frayburq”la “Leypsiq” komandaları üz-üzə gələcək.
 
Almaniya kuboku
Yarımfinal
19 aprel
 
Hamburq – Frayburq 1:3
Qol: Qlatsel, 88 – Petersen, 11. Hofler, 17. Qrifo, 35-pen.
 
20 aprel
 
Leypsiq – Union Berlin 2:1
Qol: A.Silva, 61-pen. Forsberq, 90+3 – Bekker, 25.






Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə