2 avqust 2026. Bazar günü

Dadaşovsuz Şalke'dən səfərdə qələbə


Dadaşovsuz Şalke'dən səfərdə qələbə
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 35-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfəərdə “Lippştadt”ın qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesabla qələbə qazanıb – 1:0.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Şalke 2” bu nəticədən sonra 41 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi