29 yanvar 2026. Cümə axşamı

Millimizin üzvü Almaniyada növbəti qolunu vurdu


Millimizin üzvü Almaniyada növbəti qolunu vurdu
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Hanza Rostok”u qəbul edib. Nazarovun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qoluna da millimizin yarımmüdafiəçisi imza atıb. Dmitri 45-ci dəqiqədə komanda yoldaşının ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:1 edib. Amma fasilədən sonra qapısında daha bir qol görən auelilər qələbəni əldən veriblər.
 
31 oyuna 23 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu