22 iyun 2026. Bazar ertəsi

Çempion səfərdə, Borussiya evdə uduzdu


Çempion səfərdə, Borussiya evdə uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.

“Arminiya” – “Herta” və “Ştutqart” – “Volfsburq” matçlarında qalib müəyyənləşəyib.

Lider “Bavariya” səfərdə “Maynts”ın qonağı olub. Çempionluğu təmin edən Münhen təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.

Dortmund “Borussiya”sı isə doğma meydanda “Bohum”la qarşılaşıb. Yeddi qolun qeydə alındığı bu matçda da meydan sahibləri məğlub olub. “Hoffenhaym” doğma meydanda “Frayburq”la qarşılaşıb və məğlubiyyətə üzülüb.

“Köln” də səfərdə “Auqsburq”un qonağı olub və  darmadağınla qalib gəlib.

Almaniya Bundesliqası
32-ci tur

29 aprel

Union Berlin – Qroyter 1:1
Qol: Miçel, 72 – Hrqota, 33.

30 aprel

Arminiya – Herta 1:1
Qol: Nilsson, 90+1 – Tuzar, 54.

Auqsburq – Köln 1:4
Qol: Nyederlexner, 73 – Tilmann, 12. Ut, 15. Modeste, 63; 77.

Borussiya (Dortmund) – Bohum 3:4
Qol: Haland, 18-pen; 30-pen; 62 – Polter, 3. Holtmann, 8. Lokadiya, 81. Pantoviç, 85.

Maynts – Bavariya 3:1
Qol: Burkardt, 18. Nyakate, 27. Barreyro, 57 – Levandovski, 33.

Ştutqart – Volfsburq 1:1
Qol: Fuhriç, 89 – Bruks, 13.

Hoffenhaym – Frayburq 3:4
Qol: Kramariç, 32. Ştiller, 49. Rudi, 84 – Salai, 23. Gunter, 50. Holer, 70. Yonq, 73.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər