22 iyun 2026. Bazar ertəsi

Nazarov komandasının aşağı liqaya düşməsi ilə bağlı açıqlama


Nazarov komandasının aşağı liqaya düşməsi ilə bağlı açıqlama

Almaniyanın "Ersgebirge" klubunda çıxış edən millimizin futbolçusu Dmitri Nazarov komandasının II Bundesliqanı tərk etməsinə münasibət bildirib.

Corner.az-ın "Stpauli24" nəşrinə istinadən məlumatına görə, 32 yaşlı hücumçu "Darmştadt"a 0:6 hesabı ilə uduzduqları 32-ci tur oyunundan sonra bu barədə açıqlama verib.

Nazarov karyerası ərzində ilk dəfə aşağı liqaya düşdüklərini söyləyib: "Bu, məni çox incidir. Komandadakı yetkin kişilərin ağladığını görmək inanılmazdır. Amma 32 oyunda 23 xal toplayırsınızsa, çempionatı tərk etməyə layiqsiniz".

Qeyd edək ki, "Ertsgebirge" sona iki tur qalmış 23 xalla 17-ci pillədə qərarlaşıb. Aue təmsilçisi 31 xala malik "Dinamo" (Drezden) komandasına çatmaq şansını itirib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər