21 mart 2026. Şənbə

Nazarovdan Almaniyada qalmaqal


Nazarovdan Almaniyada qalmaqal

Almaniyanın "Ersgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov qalmaqala səbəb olub.

Corner.az "Tag24" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu "Verder"ə 0:3 hesabı ilə uduzduqları 33-cü tur oyununda əvəzlənməsinə sərt etiraz edib.

73-cü dəqiqədə meydandan çıxan Nazarov söyüş söyməklə yanaşı, narazılığını qışqıraraq bildirib. O, ehtiyat oyunçular skamyasına zərbə endirib və su qutusunu təpiklə vurub.

Məsələ ilə bağlı qısa danışan Nazarov bildirib ki, hər şey qaydasındadı: "Bir dəqiqəlik əsəbiləşdim. Oynamağa davam etmək və komanda yoldaşlarıma köməklik göstərmək istəyirdim. Hesab 0:1 olanda hər zaman nə isə etmək mümkündür. Ancaq baş məşqçi Pavel Doçev hər şeyi mənə izah etdi və artıq hər şey yaxşıdır".

Qeyd edək ki, 23 xalla 17-ci pillədə qərarlaşan Aue təmsilçisinin aşağı liqaya düşəcəyi dəqiqləşib.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə