23 oktyabr 2024. Çərşənbə

Dadaşov mövsümü 11 qolla başa vurdu


Dadaşov mövsümü 11 qolla başa vurdu
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 38-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv mövsümün son matçında doğma meydanda “Vyedenbrük”ü qəbul edib. Futbolçumuzun komandası bu oyunda böyük hesablı qələbə ilə ayrılıb – 5:1. Rüfət bu oyunun iştirakçısı olmayıb.
 
“Şalke 2” bu nəticədən sonra 47 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Son turun qalan qarşılaşmalarından sonra iki klubun bu komandanı qabaqlamaq şansı yüksəkdir.
 
Dadaşov geridə qalan mövsümdə “Şalke”nin ikinci komandasının heyətində 19 oyuna çıxıb və 11 qol vurub. Bu nəticə ilə o, sözügedən komandanın ən yaxşı bombardiri olub.






Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu