23 oktyabr 2024. Çərşənbə

Bundesliqada mövsümün son oyunları keçirildi


Bundesliqada mövsümün son oyunları keçirildi

Bu gün Almaniya Bundesliqasında cari mövsümün son 34-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, çempionluğu təmin edən “Bavariya” səfərdə “Volfsburq”un qonağı olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

İkinci pillədəki “Borussiya” doğma meydanda “Herta”nı qəbul edib və inamlı qələbə qazanıb.  Mönhenqladbax "Borussiya"si doğma meydanda "Hoffenhaym"a darmadağınla qalib gəlib. "Maynts" - "Ayntraxt", "Union" - "Bohum" və "Arminiya" - "Leyptsiq " matçlarında qalib müəyyənləşməyib. "Bayer" "Frayburq"a, "Auqsburq" "Qroyter"ə, "Ştuttqart" isə "Köln" üzərində qələbəyə sevinən tərəf olub.

Son turun nəticələrindən sonra əsas Bundesliqanı tərk edən daha bir klub müəyyənləşib. Bu, “Arminiya”dır. Komanda Bundesliqanın sonuncu turunda “Leyptsiq”lə 1:1 heç-heçə edib. Bu nəticədən sonra “Arminiya” çempionatı 28 xalla 17-ci pillədə başa vurub. 33 xalla 16-cı yeri tutan “Herta” isə elitada qalmaq üçün pley-offda oynayacaq.

Qeyd edək ki, bundan əvvəl sonuncu yerdə olan “Qroyter”in Bundesliqanı tərk edəcəyi dəqiqləşmişdi.

Çempion “Bavariya” ilə yanaşı, əsas izləyiciləri Dortmund “Borussiya”sı, “Bayer”, və “Leyptsiq” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. “Union Berlin”lə “Frayburq” Avropa Liqasına, 7-ci olan “Köln” isə Konfrans Liqasına vəsiqə qazanıb.

Almaniya Bundesliqası, 34-cü tur

14 may

Arminiya – Leyptsiq 1:1
Qol
: Serra, 70 – Orban, 90+3.

Auqsburq – Qroyter 2:1
Qol
: Kaliciuri, 11. Qreqoritş, 84 – Nqankam, 24.

Bayer – Frayburq 2:1
Qol
: Alario, 54. Palasios, 90+7 – Haberer, 88.

Borussiya Dortmund – Herta 2:1
Qol
: Haland, 68-pen. Mukoko, 84 – Belfodil, 18-pen.

Borussiya Mönhenqladbax – Hoffenhaym 5:1
Qol
: Ştindl, 26. Plea, 44. Hofmann, 45+1; 68. Embolo, 53 – Kramariç, 3.

Volfsburq – Bavariya 2:2
Qol
: Vind, 45. Kruse, 58 – Stanişiç, 17. Levandovski, 40.

Maynts – Ayntraxt 2:2
Qol
: İnqvartsen, 10; 49 – Tuta, 26. Borre, 35.

Yunion – Bohum 3:2
Qol
: Promel, 5. Avoniyi, 25; 88 – Zoller, 55. Louen, 79.

Ştutqart – Köln 2:1
Qol
: Kalaydziç, 12. Endo, 90+2 – Modeste, 59.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu