7 may 2026. Cümə axşamı

Nazarovlu Ersgebirge mövsümü qələbə ilə bitirdi


Nazarovlu Ersgebirge mövsümü qələbə ilə bitirdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2021/22 mövsümünə yekun vurulub.

Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də mövsümün sonuncu matçına çıxıb.

Sözügedən komanda 34-cü tur çərçivəsində səfərdə Drezden “Dinamo”sunun qonağı olub. Futbolçumuzun komandası bu oyundan minimal hesablı qələbə ilə ayrılıb – 1:0.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

34 oyuna 26 xal toplamış “Ersgebirge” mövsümü 18 kollektiv arasında 17-ci pillədə tamamlayıb. Bu üzdən komanda aşağı liqaya yuvarlanıb.

Nazarov geridə qalan mövsümdə meydana çıxdığı 30 oyunda 4 qola imza atıb.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”