19 sentyabr 2026. Şənbə

Dortmund'a ağır cəza


Dortmund'a ağır cəza

Almaniya Bundesliqasının 31-ci turu çərçivəsində “Schalke”yə 2:4 hesabıyla uduzaraq çempionluq yolunda vacib xal itirən "Borussia Dortmund” daha bir zərbə ilə üzləşib.

Corner.az xəbər verir ki, Dortmund klubunun iki futbolçusu – Marco Reus və Marius Wolf bu matçda qırmızı vərəqə almışdı. Almaniya Futbol Federasiyası Reus'u 2, Wolf'u isə 3 oyunluq cəzalandırılıb.

Reus Münhenqladbax “Borussia”sına qarşı keçirəcəkləri mövsümün son turunun matçında komandasına kömək edə biləcək. Ancaq Wolf bu cəza ilə mövsümü bitirib.







Almaniya B.L.