5 dekabr 2025. Cümə

Nazarovdan Almaniyada het-trik


Nazarovdan Almaniyada het-trik
Almaniyanın “Ersgebirge” klubu yeni mövsümə hazırlıq çərçivəsində iki yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun da heyətində yer aldığı Aue təmsilçisi Leypsiq “Lokomotv”i ilə üz-üzə gəlib.
 
Futbolçumuzun komandası bu oyundan 4:0 hesabı ilə qələbə qazanıb. Nazarov da bu görüşün iştirakçısı olub. Komandasını meydana kapitan sarğısında çıxaran 32 yaşlı yarımmüdafiəçi, 28-ci dəqiqədə penaltidən fərqlənməklə oyunda hesabı açıb.
 
“Ersgebirge”nin növbəti sınaq matçı “Leykersdorf”la olub. Auelilər bu görüşdə 29:0 hesablı qələbəyə sevinən tərəf olub. Nazarov yenə komandasını meydana kapitan kimi çıxarıb və fasilədə əvəzlənib. Elə ilk hissədə vurulan 14 qoldan üçünü Nazarov rəqib qapısından keçirib. O, 8, 22 və 36-cı dəqiqələrdə fərqlənib.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə