19 sentyabr 2026. Şənbə

Ardıcıl 3-cü dəfə, tarixdə 10-cu dəfə Superkuboku qazandılar


Ardıcıl 3-cü dəfə, tarixdə 10-cu dəfə Superkuboku qazandılar
Futbol üzrə Almaniya Super Kubokunun qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, həlledici oyunda Bundesliqanın sonuncu qalibi “Bavariya" ilə Almaniya kubokunun sahibi “Leypsiq” komandaları üz-üzə gəlib.
 
"Redd Bul Arena"da baş tutan qarşılaşmada qapılara 8 qol vurulub. Rəqibini 5:3 hesabıyla məğlub edən Münhen təmsilçisi Super Kubokun qalibi olub.
 
Beləliklə, “Bavariya” ardıcıl 3-cü, bütövlükdə isə 10-cu dəfə Almaniya Super Kubokunun qalibi olub.






Almaniya B.L.