13 may 2026. Çərşənbə

Dadaşovdan növbəti qol


Dadaşovdan növbəti qol
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 2-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Köln”ün ikinci komandasının qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da məhz azərbaycanlı futbolçu imza atıb. 30 yaşlı hücumçumuz 90+3-cü dəqiqədə fərqlənib. O, ilk turda da qol vurmuşdu.
 
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 6 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.







Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə