22 iyun 2026. Bazar ertəsi

Dadaşovlu Şalke doğma meydanda uduzdu


Dadaşovlu Şalke doğma meydanda uduzdu
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Lippstadt”ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:3.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Şalke”nin ikinci komandası 3 turdan sonra 6 xalla 18 kollektiv arasında 7-ci qərarlaşıb.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər