21 mart 2026. Şənbə

Verder Borussiya'ya qalib gəldi


Verder Borussiya'ya qalib gəldi

Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, şənbə günü daha 6 qarşılaşma baş tutub.

“Volfsburq” - “Şalke” matçında qapılara qol vurulmayıb. “Union Berlin” doğma meydanda “Leypsiq”i qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıb.

“Bayer” evdə “Hoffenhaym”a, “Ştutqart” “Frayburq”a, “Auqsburq” isə “Maynts”a məğlub olub. Turun ən maraqlı görüşlərindən biri Dortmund “Borussiya”sı ilə “Verder” arasında keçirilib. Meydan sahibləri 89-cu dəqiqəyə qədər 2:0 öndə olduqları bu matçda son dəqiqələrdə buraxdığı üç qolla məğlub olub 

Almaniya Bundesliqası
3-cü tur
19 avqust

Borussiya (Mönhenqladbax) – Herta 1:0
Qol: Plea, 34-pen.

20 avqust

Borussiya (Dortmund) – Verder 2:3
Qol: Brandt, 45+2. Gerreyro, 77 – Buxanan, 89. Şmidt, 90+3. Burke, 90+5.

Bayer – Hoffenhaym 0:3
Qol: Baumqartner, 9. Kramariç, 35. Rutter, 78.

Volfsburq – Şalke 0:0

Ştutqart – Frayburq 0:1
Qol: Qrifo, 11.

Auqsburq – Maynts 1:2
Qol: Dəmiroviç, 35 – Onisivo, 31. Li, 90+3.

Union Berlin – Leypsiq 2:1
Qol: Sibaço, 32. Bekker, 38 – Orban, 83.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə