22 iyun 2026. Bazar ertəsi

Dadaşovlu Şalke səfərdən 1 xalla döndü


Dadaşovlu Şalke səfərdən 1 xalla döndü
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Köln “Fortuna”sının qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Dadaşov 80-ci dəqiqədə sarı vərəqə də alıb.
 
“Şalke”nin ikinci komandası 5 turdan sonra 7 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər