5 dekabr 2025. Cümə

Dadaşovun komandası evdə uduzdu


Dadaşovun komandası evdə uduzdu
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun forma geyindiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Kaan-Marienborn”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:2.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
 
“Şalke”nin ikinci komandası 6 turdan sonra 7 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə