23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibi liderliyə yüksəldi, aparıcı futbolçusunu itirdi


Qarabağ'ın rəqibi liderliyə yüksəldi, aparıcı futbolçusunu itirdi
Futbol üzrə Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Bayer"in qonağı olub. Beş qolun qeydə alındığı oyunda qonaqlar qələbəyə sevinən tərəf olub - 3:2.
 
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Frayburq" liderliyə yüksəlib.
 
“Qarabağ”ın rəqibi bu oyunda qələbə qazansa da, aparıcı futbolçularından Rolland Şallaini itirib. 25 yaşlı yarımmüdafiəçi matçın əvvəlində ciddi zədə alıb. Belə ki, 4-cü dəqiqədə rəqib futbolçunun zərbəsi futbolçunun göz nayihəsinə dəyib. Həkimlər dərhal tibbi müdaxilə edib. Gözündən zədələnən oyunçu 9-cu dəqiqədə xərəkdə meydanı məcburi tərk edib və əvəzlənib.
 
Macarıstan millisinin üzvü “Frayburq”un əsas oyunçularından sayılır. Onun qarşıdakı matçlarda iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra dəqiqləşəcək.
 
Qeyd edək ki, Almaniya klubu növbəti matçını sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək






Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu