5 dekabr 2025. Cümə

Çempion səfərdə xal itirdi


Çempion səfərdə xal itirdi

Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir. Corner.az xəbər verri ki, bu gün daha 6 qarşılaşma baş tutub. 

“Union Berlin" - “Bavariya”  və "Ştutqart" -"Şalke" matçlarında tərəflər meydanı hərəyə 1 qol və bir xalla tərk ediblər. "Bohum" doğma meydanda "Verder"ə , "Volfsburq" "Köln"ə uduzub. "Ayntraxt" isə "Leypsiq"lə ev oyununda darmadağına sevinib.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” da səfərdə “Bayer” üzərində qələbəyə sevinib.

Turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Almaniya Bundesliqası
5-ci tur
2 sentyabr

Borussiya (Dortmund) – Hoffenhaym 1:0
Qol: Roys, 16.

3 sentyabr

Bayer – Frayburq 2:3
Qol: K.Demirbay, 16. P.Şik, 65 - Ginter, 48. Qreqoriç, 51. Doan, 72.

Bohum – Verder 0:2
Qol: Fullkurq, 86; 90+2-pen.

Ştutqart – Şalke 1:1
Qol: Fuhrix, 19 - Terodde, 22.

Union Berlin – Bavariya  1:1
Qol: Bekker, 12 - Kimmix, 15.

Volfsburq – Köln 2:4
Qol: Nmeça, 2; 79 - Lyubiçiç, 22. Otavio, 31-öz qapısına. Kaynts, 45+2-pen. Adamyan, 81.

Ayntraxt – Leypsiq 4:0
Qollar: Kamada, 16. Rode, 22. Tuta. 67, Borre, 84-pen







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə