23 oktyabr 2024. Çərşənbə

Frayburq'un baş məşqçisi Bundesliqanı Avroliqadan üstün tutur


Frayburq'un baş məşqçisi Bundesliqanı Avroliqadan üstün tutur
Almaniyanın “Frayburq” klubunun baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Corner.az saytı xəbər verir ki, 57 yaşlı mütəxəssis onlar üçün bu turnirin prioritet olmadığını etiraf edib.
 
G qrupunda ilk oyununu Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcək “Frayburq” Bundesliqadakı mübarizəni də əsas sayır. Ştrayx Almaniya mətbuatına açıqlamasında 5 turdan sonra 12 xalla liderlik etdikləri Bundesliqada qalmağın daha vacib olduğunu deyib:
 
“Ölkə çempinatında lider olmağımız o deməkdi ki, komandamızda hər şey qaydasındadı. Bəzi oyunlarda bəxtimizin gətirdiyini də etiraf eləməliyəm. İndi bütün diqqətimizi “Qarabağ”a qarşı keçirəcəyimiz Avropa Liqası matçına yönəltmişik. Avropada yarışmağımız fövqəladə haldı. Avropa Liqasında çıxış etdiyimiz bir mövsümdə “Frayburq”u Bundesliqada saxlamaq vacibdi”.
 
Qeyd edək ki, “Frayburq” ilk oyununu sentyabrın 8-də öz meydanında “Qarabağ”a qarşı keçirəcək.






Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu