12 may 2026. Çərşənbə axşamı

Borussiya doğma meydanda uduzdu


Borussiya doğma meydanda uduzdu

Almaniya Bundesliqasında 5-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Auqsburq” doğma meydanda “Herta”nı, Mönhenqladbax “Borussiya”sı isə “Maynts"ı qəbul edib. Hər iki görüşdə qonaqlar qələbəyə sevinən tərəf olub.

5 turdan sonra 12 xala malik “Frayburq”la Dortmund “Borussiya”sı zirvəyə şərikli sahiblik edirlər. “Bayern”lə “Union Berlin”in 11 xalı var. “Maynts” 10 xalla 5-cidir.

Almaniya Bundesliqası
5-ci tur
2 sentyabr

Borussiya (Dortmund) – Hoffenhaym 1:0
Qol: Roys, 16.

3 sentyabr

Bayer – Frayburq 2:3
Qol: K.Demirbay, 16. P.Şik, 65 – Ginter, 48. Qreqoriç, 51. Doan, 72.

Bohum – Verder 0:2
Qol: Fullkurq, 86; 90+2-pen.

Ştutqart – Şalke 1:1
Qol: Fuhrix, 19 – Terodde, 22.

Union Berlin – Bayern 1:1
Qol: Bekker, 12 – Kimmix, 15.

Volfsburq – Köln 2:4
Qol: Nmeça, 2; 79 – Lyubiçiç, 22. Otavio, 31-öz qapısına. Kaynts, 45+2-pen. Adamyan, 81.

Ayntraxt – Leypsiq 4:0
Qollar: Kamada, 16. Rode, 22. Tuta. 67, Borre, 84-pen.

4 sentyabr

Auqsburq – Herta 0:2
Qol: Lukebakio, 57. Rixter, 90+3.

Borussiya (Mönhenqladbax) – Maynts 0:1
Qol: Martin, 55.







Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə