22 iyun 2026. Bazar ertəsi

Dadaşov qol vurdu, komandası darmadağınla qalib gəldi


Dadaşov qol vurdu, komandası darmadağınla qalib gəldi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv evdə “Düren”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda darmadağınla qalib gəlib  - 4:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının üçüncü qoluna da 88-ci dəqiqədə penaltidən dəqiq yararlanan Dadaşov imza atıb.
 
“Şalke”nin ikinci komandası 8 turdan sonra 13 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər