- Almaniya B.L.
- 23:59 23.11.2024
Almaniya Bundesliqasında 6-cı tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.
“Union Berlin” səfərdə “Köln”ün qonağı olub və minimal hesabla üstün olub. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” isə doğma meydanda Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib və oyundan qolsuz heç-heçə ilə ayrılıb.
6 turdan sonra “Union Berlin” 14 xalla vahid liderdir. “Frayburq” 13 xalla ikinci pillədə qərarlaşıb. “Bayern”, “Hoffenhaym” və “Borussiya”nın (Dortmund) 12 xalı var.
Almaniya Bundesliqası
6-cı tur
9 sentyabr
Verder – Auqsburq 0:1
Qol: Dəmiroviç, 63.
10 sentyabr
Bayern – Ştutqart 2:2
Qol: Tel, 36. Musiala, 60 – Fuhrix, 57. Jirassi, 90+2-pen.
Ayntraxt – Volfsburq 0:1
Qol: Lakrua, 60.
Herta – Bayer 2:2
Qol: S.Serdar, 56. Rixter, 74 – K.Dəmirbay, 49. P.Şik, 79.
Hoffenhaym – Maynts 4:1
Qol: Kramariç, 53; 90+2. Promel, 69. Dabbur, 80 – Kohr, 83.
Leypsiq – Borussiya (Dortmund) 3:0
Qol: Orban, 6. Soboslai, 45. Haydara, 84.
Şalke – Bohum 3:1
Qol: Dreksler, 38. Masoviç, 73-öz qapısına. Polter, 90+6 – Zoller, 51.
11 sentyabr
Köln – Union Berlin 0:1
Qol: Hubers, 4-öz qapısına.
Frayburq – Borussiya (Mönhenqladbax) 0:0