21 iyun 2026. Bazar günü

"Bayern" Kovacı istefaya göndərir


"Bayern" Kovacı istefaya göndərir
"Bayern"nin baş məşqçisi Niko Kovacın komandadakı gələcəyi müəyyənləşib.

Corner.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı istefaya göndəriləcək. Hətta mövsümün sonunda gözlənilən "qızıl dubl"dan asılı olmayaraq, klub rəhbərliyinin futbolçularla münasibəti yaxşı olmayan mütəxəssisi qovacağı bildirilir.

Artıq Kovaçın yerinə kimin keçəcəyi də bəllidir. Rəhbərlik baş məşqçi vəzifəsini komandanın sabiq üzvlərindən Marko van Bommelə həvalə etmək istəyir. 2066-2011-ci illərdə "Bayern"in formasını geyinmiş veteran yarımmüdafiəçi ötən yaydan PSV-ni çalışdırır. Bu vəzifəyə həmçinin "Ajax"ın baş məşqçisi Erik ten Haqın da namizəd olduğu iddia olunur.

Qeyd edək ki, hələlik "Bayern" məsələyə münasibət bildirməyib.(qol)





Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər