20 sentyabr 2026. Bazar günü

Nazarovun komandası səfərdən xalsız döndü


Nazarovun komandası səfərdən xalsız döndü
Futbol üzrə Almaniya 3-cü liqasında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Münhen 1860”ın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətə üzülüb - 1:3.
 
Nazarov bu matçin iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Ersgebirge” 9 turdan sonra 3 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Almaniya B.L.