22 iyun 2026. Bazar ertəsi

Borussiya kapitanını itirdi


Borussiya kapitanını itirdi
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisinin kapitanı Marko Roys sıradan çıxıb.
 
33 yaşlı yarımmüdafiəçi Bundesliqanın 7-ci turu çərçivəsində baş tutan “Şalke” ilə oyunda zədələnib. Almaniyalı oyunçu matçın ilk yarısında aldığı ağır zədə səbəbindən 32-ci dəqiqədə meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.
 
“Borussiya” bu gün futbolçunun durumu ilə bağlı məlumat yayıb. Məlumatda, Roysun zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb.
 
“Borussiya” “Şalke” ilə oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər