29 iyul 2026. Çərşənbə

Nazarovdan qol, komandasından ilk qələbə


Nazarovdan qol, komandasından ilk qələbə
Futbol üzrə Almaniya 3-cü liqasında 10-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Meppen”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda böyük hesablı qələbə ilə ayrılıb - 3:0.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da 45+5-ci dəqiqədə Dmitri vurub.
 
“Ersgebirge” 10 turdan sonra 6 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi
"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"