22 iyun 2026. Bazar ertəsi

Qarabağ'ın rəqibindən növbəti qələbə


Qarabağ'ın rəqibindən növbəti qələbə

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Corner.az-ın məlumatına görə, Kristian Ştrayxın rəhbərlik etdiyi komanda VIII turda doğma meydanda "Maynts"ı qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qələbə sayəsində xallarının sayını 17-yə yüksəldən "Frayburq" ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər