22 iyun 2026. Bazar ertəsi

Bundesliqanın liderindən ilk məğlubiyyət


Bundesliqanın liderindən ilk məğlubiyyət

Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

Lider “Union Berlin” səfərdə “Ayntraxt”ın qonağı olub. Paytaxt təmsilçisi bu oyundan xalsız ayrılmaqla cari mövsümdəki ilk məğlubiyyəti ilə üzləşib.

Dortmund “Borussiya”sı “Köln”lə səfər matçında məğlubiyyətə üzülüb. Mönhenqladbax “Borussiya”sı da “Verder”lə səfər oyununda darmadağın olub. "Leypsiq" evdə "Bohum" üzərində  3 xalı 4 qolla qazanıb. "Volfsburq" isə "Ştutqart"la ev oyunda çətin qələbə qazanıb.

Almaniya Bundesliqası
8-ci tur
30 sentyabr

Bavariya – Bayer 4:0
Qol: Sane, 3. Musiala, 17. Mane, 39. Müller, 84.

1 oktyabr

Ayntraxt – Union Berlin 2:0
Qol: Götse, 12. Lindstrom, 42.

Köln – Borussiya (Dortmund) 3:2
Qol: Kaynts, 53. Tigges, 56. Lyubiçiç, 71 – Brandt, 31. Şmits, 78-öz qapısına.

Frayburq – Maynts 2:1
Qol: Qreqoriç, 3. Kyereh, 37 – Martin, 52.

Leypsiq – Bohum 4:0
Qol: Verner, 15; 53. Nkunku, 23-pen; 85.

Volfsburq – Ştutqart 3:2
Qol: Marmuş, 23. Arnold, 38. Gerhardt, 90+1 – Jirassi, 22. Mavropanos, 45+1.

Verder – Borussiya (Mönhenqladbax) 5:1
Qol: Fullkruq, 5; 13. Duks, 8. Bensebaini, 37-öz qapısına. Veyser, 73 – Turam, 63.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər