22 iyun 2026. Bazar ertəsi

Qarabağ'ın rəqibinin baş məşqçisi koronavirusa yoluxdu


Qarabağ'ın rəqibinin baş məşqçisi koronavirusa yoluxdu
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayxda koronavirus aşkarlanıb. Corner.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
57 yaşlı mütəxəssis bu səbəbdən Avroliqanın 3-cü təsnifat mərhələsinin 3-cü turu çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına onlayn formatda qoşulub.
 
“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib və 1:2 hesabıyla uduzub. Ağdam klubunun Bundesliqa təmsilçisi ilə növbəti oyunu noyabrın 3-də Bakıda baş tutacaq.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər