28 iyul 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibi səfərdə xal itirdi


Qarabağ'ın rəqibi səfərdə xal itirdi
Futbol üzrə Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Herta”nın qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
 
Bu heç-heçədən sonra xalını 18-ə yüksəldən "Frayburq" turnir cədvəlində ilk pillədə qərarlaşıb. Bu tur səfərdə “Ştutqart”la qarşılaşan 17 xala malik “Union Berlin” məğlub olsa, frayburqlular turu lider kimi başa vuracaqlar.
 
“Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında Bakıdakı matç noyabrın 3-də keçiriləcək.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi
"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"