5 dekabr 2025. Cümə

Nazarovlu Ersgebirge evdə xal itirdi


Nazarovlu Ersgebirge evdə xal itirdi
Futbol üzrə Almaniya 3-cü liqasında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Halleşer”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Ersgebirge” 12 turdan sonra 10 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə