5 dekabr 2025. Cümə

Dadaşovlu Şalke'dən heç-heçə


Dadaşovlu Şalke'dən heç-heçə
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Rot Vays Ahlen”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
 
“Şalke”nin ikinci komandası 12 turdan sonra 20 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə