23 oktyabr 2024. Çərşənbə

Borussiya uduzdu , Bavariya'dan darmadağın


Borussiya uduzdu , Bavariya'dan darmadağın

Almaniya Bundesliqasında 10-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Köln” - “Auqsburq” matçında meydan sahibləri qələbə qazanıb. “Union Berlin” doğma meydanda Dortmund “Borussiya”sını 2 cavabsız qolla məğlub edib.

Son çempion “Bavariya” isə doğma meydanda “Frayburq”la qarşılaşıb. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi bu oyunda 5 cavabsız qola üzülüb.

10 turdan sonra “Union Berlin” 23 xalla vahid liderdir. “Bavariya” 19 xalla 2-ci pillədə qərarlaşıb. “Frayburq” isə 18 xalla üçüncüdür.

Almaniya Bundesliqası
10-cu tur
14 oktyabr

Şalke – Hoffenhaym 0:3
Qol: Skov, 11; 59. Dabbur, 45+2.

15 oktyabr

Ayntraxt – Bayer 5:1
Qol: Kamada, 45+5-pen; 72-pen. Muani, 58. Lindström, 65. Alario, 86 – İnkapye, 56.

Ştutqart – Bohum 4:1
Qol: Silas, 3-pen; 64. Ahamada, 22. Endo, 71 – Zoller, 29.

Verder – Maynts 0:2
Qol: İnqvartsen, 36. Li, 66.

Volfsburq – Borussiya (Mönhenqladbax) 2:2
Qol: Gerhardt, 43. Marmuş, 69 – Turam, 13; 48.

Leypsiq – Herta 3:2
Qol: Forsberq, 25. Diallo, 30. Orban, 45 – Lukebakio, 62-pen. Yovetiç, 64.

16 oktyabr

Köln – Auqsburq 3:2
Qol: Tigges, 47; 81. Huseynbaşiç, 61 – Nyederlexner, 14. Kaliqiuri, 68.

Union Berlin – Borussiya (Dortmund) 2:0
Qol: Haberer, 8; 21.

Bavariya – Frayburq 5:0
Qol: Qnabri, 13. Şupo-Motinq, 33. Sane, 53. Mane, 56. Sabitser, 80.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu