20 sentyabr 2026. Bazar günü

Bavariya Leroy Sane'ni itirdi


Bavariya Leroy Sane'ni itirdi

"Bavariya" klubunun futbolçusu Leroy Sane sıradan çıxıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Frayburq"u evdə 5:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın X tur oyununda zədələnib.

Bud nahiyəsindən xəsarət alan alman oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, Leroy Sane 2020-ci ildən "Bavariya"da çıxış edir.







Almaniya B.L.