28 iyul 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibi çətin qələbə 1/8 finalda


Qarabağ'ın rəqibi çətin qələbə 1/8 finalda
Futbol üzrə Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ"ın rəqiblərindən olan "Frayburq" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən komanda 1/16 finalda doğma meydanda "Sankt-Pauli"ni qəbul edib. Görüşdən 2:1 hesablı qələbə ilə ayrılan “köhlən atlar”ın rəqibi 1/8 finala vəsiqə qazanıb.

Oyunda hesabı 43-cü dəqiqədə qonaqlar açıblar. Meydan sahibləri 90+3-cü dəqiqədə Mattias Ginterlə tarazlığı bərabərləşdirib. Matçın əsas vaxtı bu hesabla başa çatıb. 119-cu dəqiqədə isə Mixael Qreqoriç Frayburq təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.
 
“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında ikinci oyun noyabrın 3-də Bakıda keçiriləcək.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi
"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"