20 sentyabr 2026. Bazar günü

Borussiya'dan darmadağın, Bavariya'dan inamlı qələbə


Borussiya'dan darmadağın, Bavariya'dan inamlı qələbə

Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

“Auqsburq” - “Leypsiq” və “Bayer” - “Volfsburq” matçlarında qalib müəyyənləşməyib.

Dortmund “Borussiya”sı doğma meydanda “Ştutqart”la qarşılaşıb və 3 xalı 5 cavabsız qolla qazanıb. “Frayburq” doğma meydanda “Verder”i 2 cavabsız qolla məğlub edib. Səfərdə “Hoffenhaym"ın qonağı olan “Bavariya” da bu oyunda inamlı qələbə qazanıb.Mönhenqladbax “Borussiya”sı isə doğma meydanda “Ayntraxt”ı qəbul edib və bu matçda qonaqlar qələbə qazanıb.

Almaniya Bundesliqası
11-ci tur
21 oktyabr

Maynts – Köln 5:0
Qol: İnqvartsen, 11-pen. Kohr, 35. Stax, 40. Martin, 73. Onisivo, 83.

22 oktyabr

Auqsburq – Leypsiq 3:3
Qol: Berişa, 34. Demiroviç, 51. Varqas, 64 – A.Silva, 73. Nkunku, 89. N.Ramos, 90.

Bayer – Volfsburq 2:2
Qol: Diabi, 17. Frimponq, 76 – Andrix, 28-öz qapısına. Arnold, 54.

Borussiya (Dortmund) – Ştutqart 5:0
Qol: Bellingem, 2; 53. Sule, 13. Reyna, 44. Mukoko, 72.

Frayburq – Verder 2:0
Qol: Kubler, 56. Qrifo, 80.

Hoffenhaym – Bavariya 0:2
Qol: Musiala, 18. Şupo-Motinq, 38.

Borussiya (Mönhenqladbax) – Ayntraxt 1:3
Qol: Turam, 72 – Lindstrom, 6; 45. Ebimbe, 29.







Almaniya B.L.