22 iyun 2026. Bazar ertəsi

Liderlərdən növbəti qələbə


Liderlərdən növbəti qələbə

Almaniya Bundesliqasında 12-ci tura yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

Lider “Union Berlin” doğma meydanda Mönhenqladbax “Borussiya”sını qəbul edib və çətin qələbə qazanıb. “Frayburq” bu dəfə səfərdə “Şalke”nin qonağı olub və 3 xalı 2 cavabsız qolla qazanıb. İki qolun vurulduğu “Köln” - “Hoffenhaym” matçında isə qalib müəyyənləşməyib.

12 turdan sonra “Union Berlin” 26 xalla vahid liderdir. 25 xalı olan “Bayern” ikinci, 24 xala malik “Frayburq” üçüncüdür. Dortmund “Borussiya”sının isə 22 xalı var.

Almaniya Bundesliqası
12-ci tur
28 oktyabr

Verder – Herta 1:0
Qol: Fullkruq, 85.

29 oktyabr

Bayern – Maynts 6:2
Qol: Qnabri, 5. Musiala, 28. Mane, 43. Qoretska, 58. Tel, 79. Şupo-Motinq, 86 – Vidmer, 45+4. İnqvartsen, 82.

Leypsiq – Bayer 2:0
Qol: Nkunku, 32. Verner, 83.

Ştutqart – Auqsburq 2:1
Qol: Jirassi, 15. Anton, 90+1 – Nyederlexner, 4.

Volfsburq – Bohum 4:0
Qol: Nmeça, 27; 58. Baku, 35. Vind, 80.

Ayntraxt – Borussiya (Dortmund) 1:2
Qol: Kamada, 26 – Brandt, 21. Bellingem, 52.

30 oktyabr

Union Berlin – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Behrens, 79. Doexi, 90+7 – Elvedi, 33.

Şalke – Frayburq 0:2
Qol: Qrifo, 45+1; 61.

Köln – Hoffenhaym 1:1
Qol: Kaynts, 13 – Larsen, 36.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər