23 oktyabr 2024. Çərşənbə

Lider səfərdə darmadağına üzüldü


Lider səfərdə darmadağına üzüldü

Almaniya Bundesliqasında 13-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Lider “Union Berlin” səfərdə “Bayer”in qonağı olub və  5 cavabsız qola üzülüb. Günün digər matçında isə “Frayburq” doğma meydanda “Köln”ü qəbul edib və 3 xalı 2 cavabsız qolla qazanıb.

13 turdan sonra “Bayern” 28 xalla vahid liderə çevrilib. İkinci pilləyə yüksələn “Frayburq”un 27, üçüncü sıraya geriləyən “Union Berlin”in isə 26 xalı var. Dortmund “Borussiya”sı 25 xalla 4-cüdür.

Almaniya Bundesliqası
13-cü tur
4 noyabr

Borussiya (Mönhenqladbax) – Ştutqart 3:1
Qol: Hofmann, 4. Turam, 25. Hermann, 90+4 – T.Tomas, 35.

5 noyabr

Auqsburq – Ayntraxt 1:2
Qol: Berişa, 1 – Rode, 13. Knauff, 64.

Borussiya (Dortmund) – Bohum 3:0
Qol: Mukoko, 8; 45+2. Reyna, 12-pen.

Herta – Bayern 2:3
Qol: Lukebakio, 40. Selke, 45 – Musiala, 12. Şupo-Motinq, 37; 38.

Hoffenhaym – Leypsiq 1:3
Qol: Rutter, 50 – Nkunku, 17; 57. Olmo, 69.

Maynts – Volfsburq 0:3
Qol: Vimmer, 33. Arnold, 70. Baku, 84.

Verder – Şalke 2:1
Qol: Fullkruq, 30. Dukş, 76. – Dreksler, 89.

6 noyabr

Bayer – Union Berlin 5:0
Qol: Andrix, 46. Diabi, 56; 58. Hlojek, 68. Bakker, 76.

Frayburq – Köln 2:0
Qol: Yonq, 53. Qreqoriç, 64.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu