22 iyun 2026. Bazar ertəsi

Leypsiq'dən inamlı qələbə


Leypsiq'dən inamlı qələbə

Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Union Berlin” - “Auqsburq” matçında qalib müəyyənləşməyib. “Köln” evdə “Bayer”i qəbul edib və məğlub olub. “Ayntraxt” doğma meydanda “Hoffenhaym”a, “Leypsiq” “Frayburq”a, “Şalke” isə “Maynts”a qalib gəlib..

14 turdan sonra “Bayern” 31 xalla vahid liderdir. “Union Berlin” və “Frayburq”un 27 xalı var. “Ayntraxt” 26 xalla dördüncüdürsə, növbəti pillələrdə qərarlaşmış “Leyspiq”lə Dortmund “Borussiya”sının 25 xalı var.

Almaniya Bundesliqası
14-cü tur
8 noyabr

Volfsburq – Borussiya (Dortmund) 2:0
Qol: Van de Ven, 6. Nmeça, 90+2.

Bayern – Verder 6:1
Qol: Musiala, 6. Qnabri, 22; 28; 82. Qoretska, 26. Tel, 84 – Yunq, 10.

Bohum – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Adyey, 9. Hofmann, 12 – Plea, 62.

Ştutqart – Herta 2:1
Qol: Jirassi, 3. Mavropanos, 90+8 – Lukebakio, 19.

9 noyabr

Köln – Bayer 1:2
Qol: Şmits, 30 – Amiri, 65. Diabi, 71.

Ayntraxt – Hoffenhaym 4:2
Qol: Sou, 6. Muani, 8. Ebimbe, 29. Lindstrom, 56 – Baumqartner, 38. O.Kabak, 46.

Leypsiq – Frayburq 3:1
Qol: Simakan, 54. Nkunku, 56. Forsberq, 78-pen – Kubler, 66.

Şalke – Maynts 1:0
Qol: Terodde, 10.

Union Berlin – Auqsburq 2:2
Qol: Bekker, 7. Behrens, 22 – Nyederlexner, 9; 49.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər