28 iyul 2026. Çərşənbə axşamı

Dadaşovsuz Şalke səfərdə xal itirdi


Dadaşovsuz Şalke səfərdə xal itirdi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Mönhenqladbax “Borussiya”sının ikinci komandasının qonağı olub. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
 
Cari mövsümdə 5 qol vurmuş Dadaşov bu görüşün iştirakçısı olmayıb. Ötən tur ağır zədə alan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Şalke”nin ikinci komandası hazırda 26 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi
"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"