21 mart 2026. Şənbə

Dadaşovsuz Şalke səfərdə xal itirdi


Dadaşovsuz Şalke səfərdə xal itirdi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Ştraelen”in qonağı olub. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
 
Rüfət bu görüşün iştirakçısı olmayıb. 31 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 27 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə