5 dekabr 2025. Cümə

Dadaşovdan Şalke'də daha bir qol


Dadaşovdan Şalke'də daha bir qol
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 19-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Köln”ün ikinci komandasını qəbul edib. Futbolçumuzun komandası bu oyunda darmadağınla ayrılıb - 5:0.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da Dadaşov vurub. O, 29-cu dəqiqədə hesabı açmaqla bu mövsüm vurduğu qolların sayını 7-yə çatdırıb.
 
“Şalke”nin ikinci komandası 19 turdan sonra 30 xalla 18 kollektiv arasında 5-cidir.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə